• AZ1014,Bakı,Şəmsi Bədəlbəyli küç. 96
  • Tel : (+994 12) 493 00 98
  • E-poçt : info@group1security.com
Change Language: EN
Изменить язык: RU

XİDMƏTLƏR

BİZƏ DAİMA GÜVƏNƏ BİLƏRSİNİZ

» » OBYEKTLƏRİN MÜHAFİZƏSİ
OBYEKTLƏRİN MÜHAFİZƏSİ

OBYEKTLƏRİN MÜHAFİZƏSİ

Biz öz peşəmizdə peşakarıq!!!

Qrup 1 Sekyuriti Şirkəti uzun illər təhlükəsizlik orqanlarında, daxili və sərhəd qoşunlarında şərəflə xidmət etmiş peşəkarlar tərəfindən idarə edilir.
Şirkətin rəhbərliyi Moskva, Kiyev, Sankt-Peterburq, London, Vaşinqtonda fəaliyyət göstərən qabaqcıl hərbi məktəblərin məzunlarıdır.
Müstəqil Azərbaycan Respublikasının müstəqillik və suverliyinin əldə edilməsində şirkət əməkdaşlarının rolu Respublika Prezidenti tərəfindən yüksək qiymətləndirilmişdir. 
Respublika orden və medalları ilə təltif edilmiş şirkət rəhbərliyi bu gün şərəf və ləyaqətlə öz vəzifələrini icra edirlər. 
Qabaqcıl özəl mühafizə şirkəti olaraq «Qrup 1 Sekyuriti» şirkəti Beynəlxalq Konfrans, Simpozium forumlarda mütamadi olaraq iştirak edir, ləyaqətlə Azərbaycan Respublikasını təmsil edir.
Qrup 1 Sekyuriti şirkəti Azərbaycanda mühafizə şirkətləri arasında ilk dəfə olaraq Beynəlxalq Sertifikat ISO 9001-2008 layiq görülmüşdür.
Bu şirkət rəhbərliyinin mühafizə xidmətini müvafiq standartlara uyğun olaraq təşkil etməsindən irəli gəlir. şirkətin loqosu "Düzgünlük ən Yüksək meyardır" bu gün hər bir əməkdaşın həyat prinsipinə çevrilmişdir.
Bu gün Qrup 1 Sekyuriti şirkəti Respublikada fəaliyyət göstərən Beynəlxalq və transmilli Beynəlxalq təşkilatlar, xarici səfirliklər və çox saylı yerli şirkətlər ilə əməkdaşlıq edir:
BP, Schlumburger, Halliburton, Qaradag Sement, Mark Overseas LTD, BUE Caspian, Azərbaycan Beynəlxalq Mədən şirkəti (AIMC), PSL Energy Services, ATR Caspian, AJC, Wembley Developments JSC, Petrofac training, Baker Hughes, Wartsila, Britaniya, Israil, Misir və Cənubi Koreya səfirlikləri, çox saylı digər şirkətlər ilə böyük məmnuniyyət ilə əməkdaşlıq edir. 
Şirkət Respublikanın Ictimai Siyasi həyatında da fəal iştirak edir. Respublika Idman və Gənclər Nazirliyi, Azərbaycan Boks və Gimnastika Federasiyaları, Respublika Rəssamlar və Bəstəkarlar ittifaqı «Qrup 1 Sekyuriti» şirkəti ilə sıx əməkdaşlıq edir.
«Qrup 1 Sekyuriti» şirkəti mühafizə xidmətinin təşkilində müasir Elektron Mühafizə
Sistemindən bacarıqla istifadə etməklə mühafizə xidmətinin təşkilində innovasiya yaradır.
Əsas məqsəd «Qrup 1 Sekyuriti» şirkətinin mühafizə xidmətinin keyfiyyətini daha da yüksəltmək və adi mühafizə anlayışından fərqli olaraq daha mükəmməl mühafizə xidməti növlərini inkişaf etdirməkdir. 
«Qrup 1 Sekyuriti» şirkəti müvafiq qanunvericiliyə uyğun olaraq mühafizə xidmətinin aşağıda göstərilən növlərini həyata keçirir. 
Obyektlərin mühafizəsi, buraxılış nəzarət və obyekdaxili rejimlərin təşkil edilməsi, Elektron Mühafizə Sistemlərinin lahiyələşdirilməsi, quraşdırılması və texniki xidmətin göstərilməsi, hüquqa zidd hərəkətlərə qarşı tövsiyyələrin verilməsi və sairə.
Mobil mühafizə
Sizin idarə, təsərrüfat, tikinti, anbar və ya distribyutor məntəqələriniz uzaq məsafədə və ya təcrid olunan ərazidə yerləşdiyinə görə müəyyən təhlükəyə məruz qalırlar. Siz öz mexaniki və ya elektron mühafizə tədbirlərinizi effektiv yollarla gücləndirmək istəyirsinizsə, «Qrup 1 Sekyuriti» şirkətinin Mobil mühafizə xidməti Sizə belə aktiv və mümkün bir mühafizə xidmətini təklif edir.
Bu xidmət Sizin və digər ərazilərin ətrafını müəyyən vaxt ərzində nəzarət və mühafizə edir. ərazinin xarici və daxili perimetri üzrə nəzarəti və mühafizəni təmin edir. Belə bir sistem müdaxilə və ya hər hansı bir hüquq pozuntusunun qarşısını alır, həmçinin texniki problemlərin effektiv həllinə kömək edir. Mobil mühafizə xidməti Sizin ərazinin mühafizəsini təmin edir və həmçinin Sizin şirkət bağlı olduğu zamanlar (axşam vaxtı və həftə sonu) Sizə arxayınlıq və inam hissi verir. Stabil, çevik və qüvvətli olaraq, onlar öz inteqrallığı, qorxmazlıqları, peşəkarlıq və cəldlikləri ilə seçilirlər.

Tipik təyinatları:

• Çöl tərəf (perimetr, qapılar və pəncərələr) 
• Daxili hissə (texniki risklər, alov, su daşmaları) 
• Işığın sönmüş olmasının yoxlanılması 
• Maşınların və ya başqa bir texnikanın söndürülmüş olmasının yoxlanılması 
• Əşyaların yerində olmasının yoxlanılması 
• Proseslərin yoxlanılması 
• Axşam vaxtı ərazinin mühafizəsi
• Səhər vaxtı ərazinin mühafizəsi
• Təşrif buyuran şəxslərin qeydiyyatı
Patrul xidməti
Hüquq pozuntuların vaxtında qarşısının alınması , qayda pozuntusuna yol vermiş şəxslərin tutulub saxlanılması məqsədi ilə biz müxtəlif növ nəqliyyat və şəxsi patrul xidmətindən və həmçinin ən müasir texnologiyadan istifadə edirik. Bu xidmət növü biznes mərkəzləri, rezidensiyalar, həyat təyinatlı subyektləri əhatə edir.
Ofislərin mühafizəsi
Sizin şirkət öz vəsaitlərini və işçilərini mühafizə edən yüksək ixtisaslı əməkdaşlara arxalana bilər. Bizim mühafizə əməkdaşları mühafizəçilər üçün nəzərdə tutulan xüsusi hazırlıq kurslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır. Mühafizəçi öz hüquq və vəzifələrini Azərbaycan Respublikasının özəl Mühafizə fəaliyyəti haqqında 21 Iyun 2007 ci il tarixlı Respublika Qanunundan irəli gələn tələbləri əsas götürməklə icra edir.

Ictimai yerlərin mühafizəsi

Ictimaiyyət üçün daimi və ya müvəqqəti açıq olan ərazilər, dəyişikliklərə və təhlükəyə məruz qalmaq tendensiyasına malikdirlər.Belə bir ərazinin rəhbəri və ya dəqiq manifestasiyanın təşkilatçısı olaraq Siz nəzarət, qarşılama prosesində təcrübəli və yüksək keyfiyyətlərə malik olan heyətə arxalanmalısınız. Ictimai asayışı qoruyan mühafizəçilər mehriban, fərqli bir tərzdə nəzarət və maddi texniki bazaya malikdirlər.Onlar xüsusi treyninq keçmiş və avadanlıqlarla təchiz olunmuşlar Ictimai sazişi qoruyan mühafizəçilər oz hər tərəfli sosial bacarıqları, ünsiyyət əlaqələri, mahirlikləri ilə, konflikt situasiyaları həll etmə bacarıqları ilə, təhlükəni tez müəyyən etmə və aradan qaldırma bacarıqları ilə xarakterizə edilirlər. 

Tipik təyinatları:

• Insan axınının kontrolu 
• Ictimayyətin qəbulu və istiqamətləndirilməsi 
• Nəqliyyat axınının kontrolu 
• Əmtəənin qorunub saxlanılması 
• Vandalizmin qarşısının alınması 
• Yükləmə sahələrinin yoxlanılması 
• Alovun qarşısının alınması 
• Maddi texniki bazanın təminatı ilə bağlı məsləhətlər 
• Kritik/Krizis mərkəzinin yaradılması 
• Komunikasiya şəbəkələrin təhvili 
• VIP şəxslərin mühafizəsi 
• Protokolların mühafizəsi 
• Ustalıq

Ictimai yerlərdə mühafizənin təşkilində bizim elektron mühafizə sistemlərimizdən misal üçün CCTV nəzarət sistemi, nəzarət buraxılış sistemləri, yanğından qorunma sistemlərindən də istifadə edilə bilər.

Təsərrüfat məntəqələrinin mühafizəsi

Siz mal- məhsul Istehsal edirsiniz, onu anbarlarda saxlayırsınız və məhsuldarlığınızı stimullaşdıran təcrübəli, operativ, peşəkar nəzarət edən əməkdaşlara arxalanmaq istəyirsiniz. Biz təsərrüfat məntəqələrinin mühafizəçiləri məhsulların, avadanlıqların mütəmadi nəzarətini təşkil edir, hər hansı bir mümkün olan riskin qarşısını vaxtında almaqda Sizə layiqli yardımçı olur.

Pərakəndə satış məntəqələrinin mühafizəsi
 

Pərakəndə satış məntəqələrində xidmət göstərən mühafizəçilərinin əsas məqsədi pərakəndə satış məntəqələrində hər hansı bir hüquq pozuntusunun qarşısını vaxtında almaq və stabil iş şəraitini təmin etməkdən ibarətdir.

Mühafizəçi resepşenist

Sizin şirkət adətən çoxlu sayda qonaq və vizityorları qəbul edir. Siz əlbəttə zərif resepşenist vəzifəsi ilə mülkiyyətə və heyətə dəyə bilən hər hansı bir təhlükənin qarşısını alan şəxsin vəzifəsini birləşdirmək istərdiniz.
Qrup 1 Sekyuriti şirkətinin mühafizəçisi-resepşenist nəzarətçi agentdir və uzun saat ərzində resepşenist vəzifəsini yerinə yetirir, heyəti və əşyaları yoxlayır. Mühafizəçi-resepşenistlər xüsusi hazırlıq kursları keçmiş mühafizə peşəkarı olmaqla yanaşı həmçinin qəşəng xarici görünüşə malikdirlər, nəzakətli, bir neçə dil bilən və ofis işində təcrübəyə malik əməkdaşlardır. 
Tipik təyinatlar
• Buraxılış nəzarət kontrolu 
• Viziterların qəbulu və istiqamətləndirilməsi 
• Bəclərin verilməsi
• Telefon zənglərinə cavab verilməsi 
• Ofis işi ( kargüzarlıq xidməti və.s) 
• Viziterların qeydiyyatı 
• Daxili təhlükəsizlik tədbirlərinin yoxlanılması 
• Riskin qarşısının alınması, Elektron mühafizə sistemlərinin kontrolu. 
Mühafizəçi-resepşenist xüsusi təminatlarla (Viziterlar kitabı, və.s) təchiz oluna bilər
VIP şəxslərin Mühafizəsi
VIP şəxslərin mühafizəsi xidmətinə mühafizə xidmətindən əlavə həmçinin iş adamları və ya maksimum təhlükəsizliklə hərəkət etmək istəyən başqa bir şəxs üçün komfort xidmətlər daxildir. 
«Qrup 1 Sekyuriti» şirkətinin əməkdaşları yüksək peşəkarlıqla göstərilən vəzifələri icra etmək keyfiyyətlərinə malikdirlər.