RƏHBƏRLİK VƏ ŞİRKƏT HEYƏTİ
Şirkətin rəhbərliyi London, Cenevrə, Kopenhagen, Seul, İstanbul, Moskva, Sank Peterburq şəhərlərində xüsusi ixtisaslaşdırılmış hazırlıq kursları keçmiş peşəkarlardan təşkil edilmişdir, müstəqilliyinin ilk günlərdən Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, xüsusi xidmət orqanlarında fəaliyyətləri dövlət və hökümət tərəfindən yüksək qiymətləndirilmiş, təhlükəsizlik məsələləri üzrə vaxtaşırı Avropa ölkələrində keçirilən seminar və konfranslarda yaxından iştirak edən bir qrup təhlükəsizlik zabitləri tərəfindən həyata keçirilir.





