• AZ1014,Bakı,Şəmsi Bədəlbəyli küç. 96
  • Tel : (+994 12) 493 00 98
  • E-poçt : info@group1security.com
Change Language: EN
Изменить язык: RU

TREYNİNQ

YÜKSƏK KEYFİYYƏT ÜÇÜN TƏLİM ŞƏRTDİR

» TREYNİNQ

Treyninqlər və mütəmadi təhsil müvəffəqiyyətin əsas zəruri amillərindəndir, və bu «Qrup 1 Sekyuriti» şirkəti üçün həyat tərzidir. Biz inanırıq ki əməkdaşlarımızın müvafiq treninqi nəticəsində biz xidmətin yüksək keyfiyyətini təmin edirik.

Bizim fəlsəfəmiz Bəzi mühafizə şirkətləri hesab edirlər ki əməkdaşı işə qəbul etdikdə, onu müvafiq forma ilə təmin edərək, onun şəxsi keyfiyyətlərini yoxlamadan, hətta treyninq keçirmədən mühafizə edilən obyektə göndərmək olar.

Biz «Qrup-1 Sekyuriti» şirkətində bu məsələyə başqa nöqteyi nəzərdən yanaşırıq. Hər bir əməkdaş işə götürülərkən (o fərdi qaydada yoxlanılır) onun təhsili, mühafizə haqqında biliyi, xarici dili bilməsi, kompyuter texnikası haqqında məlumatı, fiziki sağlamlığı, hərbi xidmətdə olması nəzərə alınır. Bizim şirkətin rəhbər işçiləri arasında treyninqin dəyərini yaxşı bilən sabiq qanun keşikçiləri çoxluq təşkil edir. Odur ki, əməkdaşları posta göndərməzdən əvvəl onlara treyninqler keçirilir. Hətta treyninqlərin praktik olması üçün mühafizə olunan ərazilərdə aparılır. Bizim treyninq üzrə koordinatorumuz əməkdaşların treyninq keçməsinə və atestasiyadan keçirilməsinə cavabdeh və məsul şəxsdir. «Qrup 1 Sekyuriti» şirkətinin təhlükəsizlik zabitləri ilə keçirilmiş treyninq və atestasiya şirkətin standartlaşma dərəcəsinə uyğun gəlmirsə, həmin əməkdaşlar işdən azad edilir, yaxud aşağı vəzifəyə keçirilir.

Bizim məqsədlərimiz 

Bizim əsas məqsədimiz aşağıda qeyd olunanlara nail olmaqdır:

• Şəxsiyyətlərin inkişafı və onların potensial imkanlarının genişlənməsi
• Əməkdaşların işinin effektivliyini artırmaq məqsədi ilə onların işə münasibətlərində, davranışlarında müsbət dəyişiklik yaratmaq 
• Əməkdaşların gördüyü işlərdə müsbət dəyişikliklərin, və əldə etdiyi biliklərin onların gələcəkləri və işlədikləri obyekt üçün vacibliyini anlamaları
• Görülən işlərin keyfiyyətinin artırılması, qiymətin azaldılması 
«Qrup 1 Sekyuriti» şirkəti, müasir avadanlıqlarla təchiz olunmuş treyninq mərkəzi yaratmış və treyninq proqramlarını yerinə yetirməklə davam edir. əsas avadanlıqlar Bakı şəhərində yerləşən mərkəzi treyninq ofisində yerləşir və professional mütəxəsislər tərəfindən idarə olunur. ən son proseduralar, məlumatlandırma kitabları və avadanlıqlar «Qrup 1 Sekyuriti» şirkəti tərəfindən təşkil edilir.
«Qrup 1 Sekyuriti» öz əməkdaşlarının bilik səviyyələrinin artırılması və bununla görülən işlərin keyfiyyətini artırılması üçün xüsusi proqramlar tətbiq edir.

• Əməkdaşların düzgün seçilməsi
• Treyninqlər (Orintasiya- təhsilin davamı) 
• Attestasiya (biliyin yoxlanılması)
• Tanınma (ən yaxşı işçilərin mükafatlandırılması) 

Treyninq proqramları 

Əməkdaşlar, supervayzerlər, lahiyə menecerləri, marketinq menecerləri, rəhbərlik üçün müəyyən olunmuş xüsusi proqramlar «Qrup 1 Sekyuriti» şirkəti tərəfindən təşkil edilir: 

• Oriyentasiya proqramı
• Əsas treyninq proqramı 
• Praktik biliklərin yoxlanılma proqramı
• Təhlükəsizliyin təmini proqramı 
• Mülayim səfir proqramı 
• Karyera inkişafı proqramı 
• Nəzarətin artırılması proqramı 
• Menecerlərin təkmilləşməsi proqramı (layihə menecerlərin) 
• Planlaşdırma və sənədləşdirmə proqramı 
• Rəhbərliyin MASTER xidmətində treyninq proqramı 
• Texniki treyninq 
• Müştərilərə xidmət proqramı 
• Aylıq görüşlər 

Həvəsləndirmə proqramları

Bizim ən böyük sərvətimiz bizim işçilərdir. Ona görə biz həvəsləndirmə proqramlarını maliyyələşdiririk. Bunlara aiddir:

• Aylıq şura proqramı 
• Təriflər günü 
• Qürur proqramı 
• Regional rəhbərlər üçün fərqlənmə lövhəsi 
• Menecerlər üçün fərqlənmə mükafatı 
• Hər maraqlanan şəxs xidmətin təqdim edilməsi 
• Ən yaxşı əməkdaşın mükafatlandırılması